Xəzər Xəbər

Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir: ŞOKA SALAN RƏQƏMLƏR

Dünya | 11:30 • 4 Noyabr 2019
Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir:

Dünyanın bir nömrəli iqtisadiyyatına sahib ABŞ dövlətinin xarici borcu rekord səviyyəyə doğru gedir.

Maliyyə Nazirliyinin verdiyi məlumata görə, 23 trilyon dolları keçən milli borc Donald Trampın hakimiyyəti dövründə 16% artıb.

Bu miqdar 328 milyonluq əhaliyə sahib ölkədə adambaşına 70 min dollara bərabərdir. Vergi mükəlləfiyyəti borcu 186 min 500, 3 aylıq faizi isə 600 milyard dollar.

Borcun 17 trilyon dollarlıq hissəsi vətəndaşlar və maliyyə qurumları, 6 trilyon isə dövlət qurumlarının payına düşür.

2019-cu il etibarilə dövlət büdcəsində 1 trilyon dollar büdcə kəsri var. Bu kəsrin növbəti illərdə artması gözlənilir. Səbəb isə müdafiə sənayesindən qaynaqlanır./publika.az

Xəbər lenti