Xəzər Xəbər

Ərdoğan: "Suriya xalqına qarşı deyil, Suriya xalqı ilə birgə zalımlara qarşı mübarizə aparırıq"

Dünya | 14:19 • 16 Oktyabr 2019
Ərdoğan: "Suriya xalqına qarşı deyil, Suriya xalqı ilə birgə zalımlara qarşı mübarizə aparırıq"

"Sülh çeşməsi” antiterror əməliyyatı çərçivəsində bu günə qədər 220 kvadrat kilometr ərazini təmizlədik.


Xezerxeber.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.


Ərdoğan deyib ki, Türkiyə Suriya xalqına qarşı deyil, Suriya xalqı ilə birgə zalımlara qarşı mübarizə aparır.


"Suriyada bütün tərəfləri təmsil edən qanuni hökumət qurulanda, təhlükəsizliyi təmin etdiyimiz yerləri onların özlərinə təhvil verəcək və ərazini tərk edəcəyik. Biz sadəcə qururuq, canlandırırıq, amma əsla zülm etmərik",-deyə Ərdoğan deyib.



Xəbər lenti