Xəzər Xəbər

Yalan təbliğat aparan bloqqer həbs edilib

Dünya | 12:24 • 15 Oktyabr 2019
Yalan təbliğat aparan bloqqer həbs edilib

İran İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) kəşfiyyat bölməsi xüsusi əməliyyat keçirərək müxtəlif Avropa ölkələrində İrana qarşı təbliğat aparan Ruhulla Zam adlı bloqqeri Tehrana gətirib.


AZƏRTAC xəbər verir ki, "Seday-e Mardom” (Xalqın sədası) adlı internet kanalı vasitəsilə bloqqer xalqı silahlı üsyana və qeyri-sabitlik yaratmağa çağırırdı. İrana qarşı heç bir əsası olmayan və yalan xəbərlər yayan, dövlət xadimləri haqqında uydurma iddialar irəli sürən R.Zam bir sıra dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.


Sepah bloqqerin hansı yollarla İrana gətirilməsi və keçirilən xüsusi əməliyyat haqqında açıqlama vermir.

Xəbər lenti