Xəzər Xəbər

BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin səfirləri Türkiyə XİN-ə çağırılıb

Dünya | 18:36 • 9 Oktyabr 2019
BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin səfirləri Türkiyə XİN-ə çağırılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına üzv olan dövlətlərin Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy bildirib.


Nazirlik rəsmisi qeyd edib ki, diplomatların XİN-ə çağırılmasında məqsəd Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Barış bulağı" adlı hərbi əməliyyatlar barədə səfirləri məlumatlandırmaqdır.

Xəbər lenti