Xəzər Xəbər

Vaşinqtonda silahlı insident olub, ölən və yaralananlar var

Dünya | 09:45 • 20 Sentyabr 2019
Vaşinqtonda silahlı insident olub, ölən və yaralananlar var

ABŞ paytaxtının şimal-şərqində naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb.


Bu barədə "ABC” telekanalı məlumat yayıb.


Məlumata görə, Ağ Evdən üç kilometr aralıda olan hadisə yerinə polis qüvvələri cəlb olunub.


Öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları "Fox News”a bildiriblər ki, yerli vaxtla 22:30-da baş vermiş atışma nəticəsində bir neçə nəfər yaralanıb, lakin bir nəfərin öldüyü barədə məlumatlar təsdiqlənməyib.


"NBC”-nin məlumatına görə, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti