Xəzər Xəbər

“Nissan” şirkətinin rəhbəri istefa verib

Dünya | 09:54 • 16 Sentyabr 2019
“Nissan” şirkətinin rəhbəri istefa verib

Sentaybrın 16-da Yaponiyanın "Nissan” avtomobil şirkətinin rəhbəri Hiroto Saikava istefa verib.


AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, onun əvəzedicisi cari il oktyabrın sonlarında təyin ediləcək.


Qeyd edilir ki, yüksək məbləğdə mükafatlar aldığını bu günlərdə etiraf edən H.Saikavanın istefası şirkətin gəlirlərinin bərabərləşdirilməsi və Fransanın "Renault” şirkətilə əməkdaşlığının möhkəmləndirilməsi ilə əlaqələndirilir. Daxili araşdırmalar zamanı H.Saikavanın əsassız olaraq 47 milyon yen (təqribən 434 min dollar) məbləğində mükafat aldığı məlum olub.


H.Saikavanı müvəqqəti olaraq həm "Nissan”, həm də "Renault” şirkətlərinin direktorlar şurasının üzvü 63 yaşlı Yasuhiro Yamauçi əvəz edəcək. H.Saikavanın varisinin qarşısında şirkətin "Renault” ilə əlaqələrini möhkəmləndirmək kimi mühüm vəzifə durur.


Yaponiyanın avtomobil istehsalı sahəsində ikinci yeri tutan "Nissan” şirkəti qarşıdakı 3 ildə 12,5 min işçinin ixtisarı planını elan edib.

Xəbər lenti