Xəzər Xəbər

Çin ABŞ-dan idxal olunacaq bəzi məhsulları rüsumlardan azad edib

Dünya | 13:18 • 11 Sentyabr 2019
Çin ABŞ-dan idxal olunacaq bəzi məhsulları rüsumlardan azad edib

Çin hökuməti sentyabrın 17-də ABŞ-dan idxal olunacaq 16 adda məhsulu, o cümlədən dərmanları və pestisidləri rüsumlardan azad etmək qərarına gəlib.


Xezerxeber.az xəbər verir ki, bu barədə ÇXR Dövlət Şurasının gömrük rüsumları üzrə komitəsinin bəyanatında deyilir. Rüsumlar 2018-ci ildə tətbiq olunmuşdu.


Rüsumlardan azad olunan malların siyahısına ABŞ ixracatının əsas sahələri – soya, donuz əti və qarğıdalı daxil edilməyib. Siyahı üzərində iş davam edəcək.


Xatırladaq ki, ABŞ və Çin sentyabrın 1-dən başlayaraq bir-birinə qarşı yeni rüsumlar tətbiq edib. Tərəflər ticarət sazişi barədə danışıqlarda irəliləyişə nail olunmasa, dekabrın 15-dən başlayaraq rüsumları yenidən artıracaqlar. Danışıqların növbəti mərhələsinin oktyabr ayında Vaşinqtonda keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti