Xəzər Xəbər

Yaponiya yeni kosmik bölmə yaradır

Dünya | 16:40 • 25 Avqust 2019
Yaponiya yeni kosmik bölmə yaradır

Yaponiyanın Müdafiə Nazirliyi kosmik məkanın monitorinqi məqsədilə yeni bölmənin yaradılması üçün büdcə sorğusunun təqdim olunması barədə qərar qəbul edib.


AZƏRTAC Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, yeni bölmə ölkənin özünümüdafiə qüvvələrinin tərkibində fəaliyyət göstərəcək.


Bildirilir ki, nazirlik 2020-ci ilin aprelində başlayacaq növbəti maliyyə ilində büdcədən 49 milyard 700 milyon dollar vəsait almağı planlaşdırır.


Bu, yeddi ildir ki, fasiləsiz şəkildə artmaqda davam edən müdafiə xərcləri arasında ən böyük büdcə sorğusu olacaq.


Müdafiə sahəsində ötən il qəbul edilən direktivlər Yaponiyanın açıq kosmosda və kiberməkanda müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutur.


Yeni bölmə şübhəli süni peyklərin müşahidəsi və artmaqda davam edən kosmik tullantılara nəzarət funksiyasını yerinə yetirəcək.

Xəbər lenti