Xəzər Xəbər

Tramp “Google”u seçkilərdə Klintonun lehinə manipulyasiya etməkdə günahlandırıb

Dünya | 10:09 • 20 Avqust 2019
Tramp “Google”u seçkilərdə Klintonun lehinə manipulyasiya etməkdə günahlandırıb

ABŞ prezidenti Donald Tramp "Google”u 2016-cı ildə prezident seçkisində rəqibi Hillari Klintonun lehinə milyonlarla səs artıraraq manipulyasiya etməkdə günahlandırıb.


Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ prezidenti bu hərəkətə görə "Google”un məhkəməyə verilməsini istəyib.


"Hesabat yenicə çıxdı! "Google” 2016-cı il seçkilərində Hillari Klintona verilən səsləri 2,6 milyondan 16 milyona qədər artırıb! Bu hesabat, Tramp yox, məhz Klintonun tərəfdarı tərəfindən dərc edilib! "Google” məhkəməyə verilməlidir. Mənim qələbəm düşünüldüyündən daha çox olub!", - deyə Tramp Twitter hesabında əlavə edib.

Xəbər lenti