Xəzər Xəbər

İsrailli narkobaronun qaçışında əli olan Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları həbs edilib

Dünya | 15:43 • 17 Avqust 2019
İsrailli narkobaronun qaçışında əli olan Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları həbs edilib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) avqustun 16-da ekstradisiya zamanı qaçan israilli narkobaron Amos Dov Silveri həbs edib.


AZƏRTAC Xidmətin saytına istinadla xəbər verir ki, israilli narkobaron təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun qaçmasında əli olan UTX-nin üç əməkdaşı da həbs edilib.


İsrailli narkobaronun ölkəsinə ekstradisiyası üçün proses davam etdirilir.


Qeyd edək ki, Amos Dov Silver avqustun 16-da Borispol beynəlxalq hava limanında ekstradisiya edilən zaman qaçmışdı.

Xəbər lenti