Xəzər Xəbər

İspaniya XİN İranın iqtisadi blokadasına mane olmaq niyyətindədir

Dünya | 17:15 • 16 İyul 2019
İspaniya XİN İranın iqtisadi blokadasına mane olmaq niyyətindədir

Avropa İttifaqı İranın iqtisadi blokadasına yol verməmək və Avropa şirkətlərinin bu ölkədə fəaliyyətlərini davam etdirmələrinə şərait yaratmaq üçün mümkün olan hər şeyi edəcək.


AZƏRTAC xəbər verir ki, bunu İspaniya XİN-in başçısı Jozep Borrel bəyan edib.


J.Borrel bildirib ki, ABŞ-ın yeritdiyi siyasət üzündən bunu əldə etmək çox çətin olacaq. "ABŞ-ın qanunları eksterritorial qaydada, yəni bizim də qəbul etmədiyimiz qaydada tətbiq etməsi bütün şirkətlər üçün çətinliklər yaradır. Lakin Aİ-nin işləyib hazırladığı maliyyə vasitəsi Avropa şirkətlərinin İranda qalmasına imkan verəcək”, - deyə nazir fikrini tamamlayıb.

Xəbər lenti