Xəzər Xəbər

Rusiya və Türkiyə prezidentlərinin Düşənbədə görüşü olub

Dünya | 14:44 • 15 İyun 2019
Rusiya və Türkiyə prezidentlərinin Düşənbədə görüşü olub

Rusiya Prezidenti Vladimir Putin Düşənbədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə qısa görüş keçirib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. O bildirib ki, Rusiya və Türkiyə prezidentləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə toplantısı çərçivəsində qısa görüş keçiriblər. D.Peskov əlavə edib ki, dövlət başçılarının ayrıca daha geniş görüşü nəzərdə tutulmayıb.

Xəbər lenti