Xəzər Xəbər

Baş katib: Fars körfəzindəki son hadisələr...

Dünya | 10:35 • 16 May 2019
Baş katib: Fars körfəzindəki son hadisələr...

BMT-nin Baş katibi Antonio Quterreş Fars körfəzindəki son hadisələrə görə dərindən narahatdır.

Bunu jurnalistlərə açıqlamasında Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

S.Dyujarrik qeyd edib ki, Baş katib artan narahatlığı ilə Körfəz bölgəsindəki son hadisələri izləyir.

Baş katib xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin sahillərində tacir gəmilərinə edilən son hücumları pisləyib, faktları təsbit etmək və cavabdehləri məsuliyyətə cəlb etmək üçün gələcək istintaqa ehtiyac olduğunu vurğulayıb./publika.az

Xəbər lenti