Xəzər Xəbər

Binəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıb FOTO

Cəmiyyət | 19:15 • 5 İyul 2025
Binəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparılıb

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.

Bu barədə Xezerxeber.az-a BŞDYPİ-dən məlumat verilib.

Bildirilib ki, ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.

Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.

Xəbər lenti

Çox oxunanlar