Xəzər Xəbər

Ziya Bunyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət | 17:38 • 4 İyul 2025
Ziya Bunyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İyulun 6-sı saat 06:00-dan saat 24:00-dək Bakı şəhərinin Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar