Xəzər Xəbər

Ucuz mobil telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb

Cəmiyyət | 11:30 • 12 İyun 2025
Ucuz mobil telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb

“TikTok” sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə yalan elanlar yerləşdirərək, ona müraciət edənlərin müxtəlif məbləğlərdə pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abbasov tutulub.

Həmin şəxsin paytaxt və bölgələrdən olan ümumilikdə 23 nəfərə qarşı eyni üsulla dələduzluq etdiyi müəyyən edilib.

M.Abbasovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Xəbər lenti

Çox oxunanlar