Xəzər Xəbər

Bağçalara qəbulda növbələrin yaradılması prosesi dayandırılıb

Cəmiyyət | 16:00 • 23 May 2025
Bağçalara qəbulda növbələrin yaradılması prosesi dayandırılıb

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılıb.

Bu barədə Xezerxeber.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq bu gün saat 15:00-dan etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılması müvəqqəti dayandırıldı.

Növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

Xəbər lenti