Xəzər Xəbər

Müəllimlərin iş yerinin dəyişdirilməsinin növbəti vakansiya seçimi aktivləşib

Cəmiyyət | 13:52 • 29 Aprel 2025
Müəllimlərin iş yerinin dəyişdirilməsinin növbəti vakansiya seçimi aktivləşib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi bu gündən etibarən başlayıb.

Bu barədə Xezerxeber.az-a İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, vakansiya üzrə seçim mərhələsi 5 may saat 13:00-a qədər davam edəcək. Müəllimlər qeyd olunan tarixə qədər vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Qeyd edək ki, bundan əvvəlki mərhələdə şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi aktivləşmişdi.

Xəbər lenti