Xəzər Xəbər

Binədə qətl törədilib

Cəmiyyət | 15:34 • 25 Aprel 2025
Binədə qətl törədilib

Binədə 52 yaşlı kişi qətlə yetirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, bu gün saat 08:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Xəbər lenti