Paytaxtın Suraxanı rayonunda silah-sursat aşkarlanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 1 avtomat silahı və 30 patron tapılaraq götürülüb.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.