Xəzər Xəbər

İçərisindən siqaret kötüyü çıxdığı iddia edilən çörək sexində yoxlama aparılıb FOTO

Cəmiyyət | 12:19 • 12 Fevral 2025
İçərisindən siqaret kötüyü çıxdığı iddia edilən çörək sexində yoxlama aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində yoxlama aparıb.

Xezerxeber.az-ın AQTA-ya istinadən məlumatına görə, keçirilən yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, mediada adıçəkilən müəssisəsinin istehsal etdiyi çörəyin içərisindən siqaret kötüyü çıxdığı iddia edilən videolar yayılmışdı.

Rubrikanın digər xəbərləri

Xəbər lenti