Xəzər Xəbər

Temperatur düşəcək, qar yağacaq ƏHALİYƏ XƏBƏRDARLIQ

Cəmiyyət | 13:05 • 4 Fevral 2025
Temperatur düşəcək, qar yağacaq

Havayla bağlı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Xəbər lenti