Xəzər Xəbər

16 yaşına çatmayanlarla nişanlananlar və övladının evliliyini təşkil edən valideynlər HƏBS OLUNACAQ

Cəmiyyət | 14:45 • 11 İyun 2024
16 yaşına çatmayanlarla nişanlananlar və  övladının evliliyini təşkil edən valideynlər

Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq.

Xezerxeber.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-1-ci maddə (On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) əlavə edilir.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1 000 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Həmçinin, Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər iki ilədək həbs olunacaq.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmamış şəxslə nikaha daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət yetkinlik yaşına çatmamış şəxslə nikaha daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024