Xəzər Xəbər

Sabah yağış yağacaq PROQNOZ

Cəmiyyət | 12:45 • 11 İyun 2024
Sabah yağış yağacaq

İyunun 12-də Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Rubrikanın digər xəbərləri

Bakı Meriyasında bu məqsədlə komissiya
Bakı Meriyasında bu məqsədlə komissiya yaradılır
11:21 • 21 İyun 2024
Güclü küləklə bağlı əhaliyə
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
10:34 • 21 İyun 2024
Ağdaşda balıq tutmağa gedən şəxs
Ağdaşda balıq tutmağa gedən şəxs İTKİN DÜŞDÜ
09:00 • 21 İyun 2024
İyunun 9-da keçirilən imtahanın nəticələri
İyunun 9-da keçirilən imtahanın nəticələri elan edilib
19:50 • 20 İyun 2024
İyunda temperatur normadan yüksək olub?
İyunda temperatur normadan yüksək olub? AÇIQLAMA
17:05 • 20 İyun 2024
Doğum evində tibb işçisi körpənin atasından pul istəyib?
Doğum evində tibb işçisi körpənin atasından pul istəyib? ARAŞDIRMA BAŞLADI
16:55 • 20 İyun 2024

Xəbər lenti