Xəzər Xəbər

Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa avtobus marşrutları müsabiqəyə çıxarılır

Cəmiyyət | 19:51 • 10 İyun 2024
Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa avtobus marşrutları

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Zəngilan, Bakı-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Laçın, Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa, Xocalı-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası və rayonlararası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Xezerxeber.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 9 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Laçın (Bərdə-Ağdam yolu), Bakı-Zəngilan (Ağalı kəndi), Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 5 Lot üzrə iyulun 26-da;

Xankəndi-Bərdə, Xocalı-Şuşa, Xankəndi-Şuşa və Xankəndi-Malıbəyli istiqamətlərində 4 Lot üzrə iyulun 30-da;

Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə avqustun 2-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Rubrikanın digər xəbərləri

Bakı Meriyasında bu məqsədlə komissiya
Bakı Meriyasında bu məqsədlə komissiya yaradılır
11:21 • 21 İyun 2024
Güclü küləklə bağlı əhaliyə
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
10:34 • 21 İyun 2024
Ağdaşda balıq tutmağa gedən şəxs
Ağdaşda balıq tutmağa gedən şəxs İTKİN DÜŞDÜ
09:00 • 21 İyun 2024
İyunun 9-da keçirilən imtahanın nəticələri
İyunun 9-da keçirilən imtahanın nəticələri elan edilib
19:50 • 20 İyun 2024
İyunda temperatur normadan yüksək olub?
İyunda temperatur normadan yüksək olub? AÇIQLAMA
17:05 • 20 İyun 2024
Doğum evində tibb işçisi körpənin atasından pul istəyib?
Doğum evində tibb işçisi körpənin atasından pul istəyib? ARAŞDIRMA BAŞLADI
16:55 • 20 İyun 2024

Xəbər lenti