Xəzər Xəbər

Beyləqan sakinində 9 kiloqrama yaxın heroin və marixuana AŞKARLANDI

Cəmiyyət | 08:44 • 8 İyun 2024
Beyləqan sakinində 9 kiloqrama yaxın heroin və marixuana

Beyləqanda saxlanılan şəxsdən 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Vüsal Əzimov saxlanılıb. Onun əlində olan bağlamadan 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024