Xəzər Xəbər

Çaylarda suyun səviyyəsi artır - Üç rayonun sakinlərinə XƏBƏRDARLIQ

Cəmiyyət | 17:49 • 26 May 2024
Çaylarda suyun səviyyəsi artır - Üç rayonun sakinlərinə XƏBƏRDARLIQ

Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb, hazırda da Debed çayında sel davam edir.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib. 

O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 sm artıb və hazırda da səviyyənin artımı davam edir.

Asif Verdiyev avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirib: "Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir.

Yaranmş vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur".

Xəbər lenti

Çox oxunanlar