Xəzər Xəbər

Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət | 18:45 • 19 Aprel 2024
Hava şəraitinin dəyişəcəyi ilə bağlı

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti