Xəzər Xəbər

Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülə bilər YENİLƏNİB

Cəmiyyət | 15:44 • 19 Aprel 2024
Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülə bilər

Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər. Əlavə sualı olan valideynlər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.

14:44

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Xezerxeber.az xəbər verir ki, bu barədə valideynlərə məktub göndərilib.

Məktəb Administrasiyasından APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, liseyin fəaliyyətini dayandırmasının səbəbi kommersiya problemləridir.

Xəbər lenti