Xəzər Xəbər

Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb

Cəmiyyət | 17:00 • 17 Aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb

Xalq yazıçısı Çingiz Abdullayev bu gün xəstəxanadan evə buraxılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalından bildirilib.

Qeyd edilib ki, 6 aprel 2024-cü il tarixində səhər saat 3 radələrində səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə yazılıb.

Xəbər lenti

Çox oxunanlar