Xəzər Xəbər

Bakıdan Dubaya uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb

Cəmiyyət | 14:30 • 17 Aprel 2024
Bakıdan Dubaya uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən hava limanına qayıtmalı olub.

Xezerxeber.az xəbər verir ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.

Xəbər lenti