Xəzər Xəbər

Həcc ziyarəti üçün kvota BƏLLİ OLDU

Cəmiyyət | 13:41 • 16 Aprel 2024
Həcc ziyarəti üçün kvota

Azərbaycandan Həcc ziyarəti üçün kvota bəlli olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O bildirib ki, kvota 1500 təyin edilib.

Xatırladaq ki, fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

 

Xəbər lenti