Xəzər Xəbər

Doktoranturaya sənəd qəbulu BAŞLADI

Cəmiyyət | 11:50 • 16 Aprel 2024
Doktoranturaya sənəd qəbulu

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.

Xezerxeber.az xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparılır.

Xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər.

Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

Xəbər lenti

Çox oxunanlar