Aprelin 14-də saat 18:00 radələrində Zaqatala rayon Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) qida zəhərlənməsi şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, həmin şəxs aprelin 15-də səhər saat 05:00 radələrində Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib.
1963-cü il təvəllüdlü digər şəxs (kişi cinsli) isə bu gün saat 13:13-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda Toksikologiya Mərkəzinə təxliyə edilir. Botulizmə şübhə olduğundan ailənin digər üzvləri də profilaktik olaraq xəstəxanaya dəvət olunub, müvafiq tibbi yardımlar göstərilib. Ambulator müayinə üçün Bakı şəhərinə göndərişlə təmin ediliblər. (apa)