Xəzər Xəbər

Tiktoker Adəmin atası həbs olunub

Cəmiyyət | 15:33 • 15 Aprel 2024
Tiktoker Adəmin atası həbs olunub

Tiktoker Adəmin atası kimi tanınan Sadiq Mirzəyev həbs olunub.

Xezerxeber.az-ın məlumata görə, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq, 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs olunub.

Xatırladaq ki, polis əməkdaşları sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı qanunamüvafiq tədbirlər görür.

Xəbər lenti

Çox oxunanlar