Xəzər Xəbər

Nikah və boşanma halları ilə bağlı yeni statistika açıqlandı

Cəmiyyət | 12:36 • 15 Aprel 2024
Nikah və boşanma halları ilə bağlı yeni statistika açıqlandı

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və
3456 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Xezerxeber.az-a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Xəbər lenti