Xəzər Xəbər

Baş Prokurorluq Əhməd Əhmədovun mediada yayılmış ifadəsi ilə bağlı açıqlama yayıb

Cəmiyyət | 16:45 • 3 Aprel 2024
Baş Prokurorluq Əhməd Əhmədovun mediada yayılmış ifadəsi ilə bağlı açıqlama yayıb

Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb.

Xezerxeber.az xəbər verir ki, Baş Prokurorluq ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatların həqiqəti əks etdirmədiyini bildirib və onları qəti şəkildə təkzib edib.

Bildirilib ki, qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai Rayon Prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs-qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir.

Baş Prokurorluq mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi bir daha xahiş edir.

Xəbər lenti

Çox oxunanlar