Xəzər Xəbər

Taksi fəaliyyətinə nəzarət üçün "E-taksi" alt sistemi GƏLİR

Cəmiyyət | 16:59 • 2 Aprel 2024
Taksi fəaliyyətinə nəzarət üçün "E-taksi" alt sistemi

Taksi fəaliyyətinə nəzarət üçün "E-taksi" alt sistemi yaradılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

"Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək. Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri təsdiqləyib. (trend)

Xəbər lenti

Çox oxunanlar