Xəzər Xəbər

Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

Cəmiyyət | 12:15 • 2 Aprel 2024
Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub. 2023-cü ildə Azərbaycanda dövlət qurumlarının saytına bənzədilən 186 saxta domenin fəaliyyətinin qarşısı alınıb. Ötən il 1 milyon 416 min elektron poçt zərərli informasiyaya görə blok edilib.

Xezerxeber.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov aprelin 2-də keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ötən il aparılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib: “Ötən il dövlət qurumlarına yönələn 1162 kiberhücum müəyyən edilərək qarşısı alınıb”.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024