Xəzər Xəbər

Elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən platforma yaradılır

Cəmiyyət | 10:30 • 2 Aprel 2024
Elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən platforma yaradılır

Azərbaycanda vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən “E-Justice” platforması yaradılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Baş Prokurorluğun “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda məlumat verib.

İ.Kərimov bildirib ki, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası tərəfindən hüquq mühafizə orqanlarının, eləcə də məhkəmə hakimiyyətinin işinə önəmli töhfə vermək məqsədilə dövlət orqanlarının qarşılıqlı elektron fəaliyyətini özündə əks etdirən yeni bir konsepsiya hazırlanıb.  

“E-Justice” platforması ədalət mühakiməsinə əlçatanlığın asanlaşmasına və səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, eləcə də vahid platforma üzərindən elektron ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir.

“Elektron ədalət mühakiməsi” sistemi mülki, kommersiya, inzibati, cinayət və inzibati xətalara dair işlər üzrə icraatın rəqəmsallaşmasını təmin edən mərkəzləşdirilmiş bir platformadır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024