Xəzər Xəbər

Xaricdə təhsillə bağlı Dövlət Proqramına xərclənən vəsait açıqlanıb

Cəmiyyət | 10:46 • 2 Aprel 2024
Xaricdə təhsillə bağlı Dövlət Proqramına xərclənən vəsait açıqlanıb

2007-ci ildə Dövlət Neft Fondu təhsil istiqamətində bir sıra layihələr həyata keçirdi. Bu layihələrə 300 milyon dollar vəsait ayrılıb və layihələr 2030-cu ilədək davam edəcək.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüş və karyera sərgisində söyləyib.

Nazir müavini bildirib ki, təkcə ötən il Dövlət Proqramına üz tutan tələbələrin 50 nəfəri dünyanın ən yaxşı universitetlərində təhsil alır: “Bu, ailələrin əziyyətinin, müəllimlərin əməyinin, təhsil sisteminin nəticəsidir. Bu gün gənclərimiz dünya miqyasında rəqabətədavamlı təhsillə əhatə olunurlar və ümidvaram ki, onlar bu etimadı doğruldacaqlar. Xaricdə təhsil üzrə Dövlət Proqramına qeydiyyat davam edir. Azərbaycanlı tələbələrin xaricdə prestiji artıb. Artıq bəzi qəbul xəbərlərini almışıq”.

Rövşən Cavadov Dövlət Proqramı məzunlarını təbrik edib, uğurlar arzulayıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024