Xəzər Xəbər

Bəzi rayonlarda qaz təchizatı dayandırılacaq

Cəmiyyət | 09:11 • 2 Aprel 2024
Bəzi rayonlarda qaz təchizatı dayandırılacaq

"Bərdə" ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində "COP-29" Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 02.04.2024-ci il tarixdə saat 10:00-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Xezerxeber.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024