Xəzər Xəbər

Bir ayda üç nəfər zəhərlənmədən dünyasını dəyişib

Cəmiyyət | 11:34 • 5 Mart 2024
Bir ayda üç nəfər zəhərlənmədən dünyasını dəyişib

Bu ilin fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.

Mərkəzdən Xezerxeber.az-a bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin, 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024