Xəzər Xəbər

Füzuliyə köçürüləcək daha 139 ailəyə mənzil verildi

Cəmiyyət | 15:49 • 1 Mart 2024
Füzuliyə köçürüləcək daha 139 ailəyə mənzil verildi

Martın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Qaçqınkom) Füzuli şəhərinə növbəti mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, püşkatmada 139 ailə iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 49-u ikiotaqlı, 73-ü üçotaqlı, 17-i dördotaqlı mənzil təqdim olunub.

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

Xəbər lenti

Çox oxunanlar