“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümünün qeydiyyat mərhələsinə start verilib.
Xezerxeber.az-ın xəbərinə görə, yaşı 21-dən 51-ə qədər, ali təhsilli, Azərbaycan vətəndaşı və ən azı 2 illik idarəetmə təcrübəsi olan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Qalib gələn 20 nəfər mentorlar tərəfindən 1 illik fərdi inkişaf planı, 20 000 AZN dəyərində pul mükafatı və adlarını kadr ehtiyat bankına daxil etmək imkanı əldə edir.
Qeydiyyat mərhələsi 31 martadək davam edəcək.