Xəzər Xəbər

Abşeron-Xızı Regional Təhsil İdarəsi şagirdin iddia olunan səs yazısını araşdırır

Cəmiyyət | 14:03 • 25 Fevral 2024
Abşeron-Xızı Regional Təhsil İdarəsi şagirdin iddia olunan səs yazısını araşdırır

Bu gün sosial mediada Abşeron rayonu? Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

Xezerxeber.az bildirir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən xəbərə görə, məsələ ilə bağlı məlumatlıdırlar.

Qeyd olunub ki, artıq ötən həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb. 

Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib: "Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024