Xəzər Xəbər

Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Baş Dövlət Yol Polisi İdarəsinin sisteminə ötürüləcək

Cəmiyyət | 17:21 • 21 Fevral 2024
Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Baş Dövlət Yol Polisi İdarəsinin sisteminə ötürüləcək

Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024