Xəzər Xəbər

Əməkhaqqına əlavələr ödəniləcək müəllimlərin sayı BİLİNDİ

Cəmiyyət | 11:25 • 15 Fevral 2024
Əməkhaqqına əlavələr ödəniləcək müəllimlərin sayı

Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir: "Əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir. Bundan başqa, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq keçən il 23 mindən çox, 2022-ci ildəkilərə görə isə 9 minə yaxın müəllimin əməkhaqlarına əlavələr tətbiq olunub".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024