Xəzər Xəbər

Dəfn pulu fərqli məbləğdədir

Cəmiyyət | 17:05 • 24 Yanvar 2024
Dəfn pulu fərqli məbləğdədir

Dəfn üçün verilən müavinətin məbləği standart deyil. Bu birdəfəlik müavinət fərqli hesablanır. Beləliklə, iki məbləğdə dəfn üçün müavinət var.  
Xezerxeber.az xəbər verir ki, bunlardan biri standart 500 manatdır.

Amma əgər vəfat edən şəxs əmək pensiyaçısı olubsa, bu zaman müavinət fərqli hesablanır. Bu halda əmək pensiyasının minimum məbləğinin üç misli qədər müavinət verilir. Hazırda əmək pensiyasının minimum məbləği 280 manatdır. Ona görə də əgər vəfat edən şəxs əmək pensiyaçısı olubsa, bu zaman 500 manat deyil, 840 manat birdəfəlik müavinət ödənilir.  
Sosial müavinətin təyin olunması üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə və “DOST” mərkəzinə müraciət edilməlidir.  
Bu zaman müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı, dəfni təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti və  yerli icra nümayəndələliyin arayışı  tələb olunur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024