Xəzər Xəbər

Havada dəm qazının miqdarı normanı ötüb

Cəmiyyət | 17:19 • 11 Dekabr 2023
Havada dəm qazının miqdarı normanı ötüb

Bakıda atmosfer havasında dəm qazının miqdarı normadan yuxarı olub.

Xezerxeber.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024